Previous Next
Bağla

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022 14:15
“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu   

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşdı. Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən göstərilən dövlət xidmətləri indi vətəndaşlara daha əlçatan olacaq.

 

Xeberler.az bildirir ki, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla (https://asanlogin.my.gov.az/auth) bura inteqrasiya olunan 80 portala və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.

 

SİMA-dan istifadə edərək heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən “myGov”, “ASAN ödəniş”, “e-Sosial”, “e-Agro”, “e-Satınalma”, “e-Hərrac”, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Reklam Agentliyinin, eləcə də digər qurumların portal və sistemləri üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə biləcəklər. Hazırda həmin portallar vasitəsilə təqdim edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasının inteqrasiya prosesi davam edir.

 

Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.

 

SİMA mobil tətbiqində qeydiyyatdan keçməklə rəqəmsal imzanın əldə edilməsi Elektron Hökumət Portalında təqdim edilən xidmətlərə girişi daha asan edir.

 

Artıq elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.

 

Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.

 

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

 

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

“AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib

27-07-2022

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

Fərdi sahibkarlar üçün SİMA imza istifadəyə verilib

27-04-2023

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

Artıq “Azercell” abunəçiləri internetsiz SİMA-dan istifadə edə biləcəklər

09-08-2023

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022

SİMA-ya yeni funksionallıq əlavə edildi

20-10-2022

SİMA İmza mobil tətbiqinin istifadəçi sayı 500 mini keçib

23-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə